Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb

    İQTİSADİYYAT

    24 Noyabr 2022 | 11:44

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 922 225,5 min manat təşkil edib, bu da illik müqayisədə 1,2% çoxdur.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 911 208,8 min manat səviyyəsində olub.Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 27 505,2 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,1% çoxdur. Nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 21 688,4 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,85% çox).

    Hesabat dövrü ərzində BTC kəməri ilə 3 580,3 min ton tranzit nefti də (illik müqayisədə 42% çoxdur) nəql edilib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024