Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşımalardan gəliri 2 dəfədən çox artıb

    İQTİSADİYYAT

    24 Noyabr 2022 | 18:04

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 620 675,4 min gəlir əldə olunub, bu da illik müqayisədə 45,7% artım deməkdir.

    Dövlət Statistika Komitəsindən Pressa-ya verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 485 235,6 min manat olub.

    Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə yük daşınmasından 2 767 082,5 min manat, sərnişin daşınmasından isə 853 592,9 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 31,5% və 2,2 dəfə çoxdur.

    Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 1 656,6 min və ya 2,1 dəfə çox sərnişin daşınıb. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 8,6% azalaraq 325 min ton olub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024