Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı banklar 570,1 mln. manat xalis mənfəət, 810,2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Apa-Economicsin Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bankların xalis mənfəəti illik müqayisədə 19,3%, əməliyyat mənfəəti isə 21,7% artıb.