Azərbaycanın ABŞ-dan idxalı kəskin azalıb

    ÖLKƏ

    01 Dekabr 2021 | 14:25

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla ABŞ-ın arasında ticarət dövriyyəsinin həcmi 426,506 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27,1% azdır.

    Pressa Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 60,746 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur. İdxal isə 365,760 mln. dollara bərabər olub, illik ifadədə azalma 35,6% təşkil edib.

    Nəticədə, ölkənin ABŞ ilə ticarət dövriyyəsinin mənfi saldosu yanvar-oktyabr aylarında 305,015 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 44,5% azdır.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024