Azərbaycanda xarici yardım xərcləri 100 mln. manat artırılır

    İQTİSADİYYAT

    31 May 2023 | 15:09

    Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində xarici yardım xərcləri ilə bağlı proqnoz 113 milyon 500 min manata kimi artırılır.

    Pressa xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

      Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.4 dəfə və ya 100 milyon manat çoxdur.

      Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində xarici yardım xərcləri 13 milyon 500 min manat proqnozlaşdırılıb.

       



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023