Azərbaycanda vergi orqanlarına müraciətlər 10% azalıb

    İQTİSADİYYAT

    22 Oktyabr 2021 | 14:54

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın vergi orqanları 183 283 müraciət qəbul edib.

    Pressa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.

    9 aylıq müraciətlərin 166 737-si ərizə, 16 338-i şikayət, 208-i təklif olub. 77 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

    Baxılmış 178 547 müraciətdən 66,6 %-i müsbət həll olunub, 29,6%-i barədə müvafiq izahat verilib.

    Müsbət həll olunmuş 5 409 faktiki şikayətin 83%-i kameral vergi yoxlamaları, 4,6%-i maliyyə sanksiyasının silinməsi, 2,3%-i vergi borcları, 10,1%-i isə digər məsələlərlə bağlı olub.

    Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatına 16 607 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6% azdır.

    9 ay ərzində Aparatda ümumilikdə 59 vətəndaşın videoqəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülərək qanunamüvafiq izahatlar verilib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024