Azərbaycanda son 1 həftədə 21 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

    ÖLKƏ

    20 Noyabr 2023 | 16:12

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (13.11.2023-19.11.2023) 21 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressa-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

      Azərbaycanda indiyədək ümumilikdə 834 135 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, 10 367 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.

      Ölkədə son həftə ərzində 3 042, hazırkı dövrədək isə 7 711 925 test aparılıb.

       



      XƏBƏR LENTİ

      04 Dekabr 2023
      02 Dekabr 2023
      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023