Azərbaycanda problemli kreditlər 21 % azalıb

    İQTİSADİYYAT

    29 Noyabr 2022 | 10:18

    Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 646 milyon manat təşkil edib.

    Pressa Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.

    Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 10,2 %, son 1 ildə isə 20,8 % azalıb.

    Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,2 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 3,3 %, ötən ilin sonuna 4,2 %, ötən il oktyabrın sonuna isə 5 % olub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024