Azərbaycanda nağdsız ödənişlərin həcmi 8 mlrd. manatı ötüb

    İQTİSADİYYAT

    23 Noyabr 2021 | 15:32

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 8,370 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

    Pressa Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.

    Sözügedən nağdsız ödənişlərin 32 mln. manatı ATM-lər, 3,120 mlrd. manatı POS-terminallar, 5,218 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

    Təkcə oktyabrda 1,154 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da sentyabr ayı ilə müqayisədə 4,2% çoxdur. Oktyabrda nağdsız ödənişlərin 2 mln. manatı ATM-lər, 349 mln. manatı POS-terminallar, 803 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

    Qeyd edək ki, oktyabrda POS-terminallar vasitəsilə aparılan və elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekordlar qeydə alınıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024