Azərbaycanda mülki dronların qeydiyyat prosedurları tezliklə sadələşdirilməyəcək

    SON XƏBƏRLƏR

    19 May 2022 | 13:03

    Azərbaycana mülki istifadə üçün nəzərdə tutulan dronların gətirilməsi və onların qeydiyyat prosedurlarının sadələşdirilməsi öz həllini tezliklə tapmayacaq.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  qeyd olunan məsələyə dair fikrini bildirərək iki məqamı önə çəkib.
    Onun sözlərinə görə, bu gün texnologiyaların, dronların, robotların tətbiq olunmadığı halda sürətli iqtisadi inkişafa tezliklə nail olmaq mümkünsüz görünsə də, iki vacib məqam göz önündədir.
    “Bir tərəfdən başa düşürük ki, dronların bütün iqtisadiyyatda tətbiqini genişləndirməsək, iqtisadi inkişafın sürətləndirilməsində müəyyən dərəcədə çatışmazlığımız ola bilər. Bu reallıqdır. Amma bir tərəfdən də onların yaratdığı təhlükəsizlik məsələləri də var. Misal olaraq dronlar vasitəsilə rahatlıqla hər hansı bir terror aktı keçirmək mümkündür. Ona görə də bu məsələnin orta məxrəci tapılmalıdır. Bu təkcə bizdə deyil, bütün dünyada müzakirə predmetidir. Bizim region həssas regiondur. Azərbaycan müharibədən yeni çıxmış ölkə olsa da, hədələr, təhlükələr hər raman olub. Düşünürəm ki, biz bu məsələdə çox ehtiyatlı olmalıyıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də araşdırmalar aparılır. Orta məxrəcin nə vaxt tapılacağına gəldikdə, düşünürəm ki, müəyyən qədər gözləməli olacağıq”, - deyə Tahir Mirkişili qeyd edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024