Azərbaycanda fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir

    İQTİSADİYYAT

    23 Noyabr 2022 | 10:51

    Fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir.

    Pressa xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı deyib.Onun sözlərinə görə, KOBİA-nın dəstəyi ilə qadın sahibkarların sayını artırmaq üçün daxili bazar araşdırması, startap kimi dəstək mexanizmlərindən faydalanmasına yardım edilir.

    "Qadın sahibkarların güzəştli maliyə resurslarına çıxış imkanları üçün fürsət yaradılıb və KOB tərəfindən dəstək tədbirlərindən 4 minə yaxın qadın sahibkar faydalanıb. Agentlik tərəfindən göstərilən dəstəklə 5 qadın sahibkara qrant, 9 qadın sahibkara innovasiya üzrə gəlirlərdən vergi azadedilməsi şəhadətnaməsi verilib", deyə O. Məmmədov bildirib.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024