Azərbaycanda "eTIR" proseduru istifadəyə veriləcək

    SON XƏBƏRLƏR

    19 May 2022 | 13:01

    Beynəlxalq daşımaların elektronlaşdırılması çərçivəsində Azərbaycanda "eTIR" (elektron icazələr - red.) prosedurunun istifadəyə verilməsi planlaşdırılır.

    Pressa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması idarəsinin rəis müavini Samir Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafına həsr olunmuş konfrans"da bildirib.Onun sözlərinə görə, bununla bağlı Komitə tərəfindən texniki uyğunluq üzrə tədbirlər bitmək üzrədir.

    Samir Qaralov onu da əlavə edib ki, yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə müvafiq sənədin imzalanması planlaşdırılır.

    Qeyd edək ki, konfrans TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində keçirilir.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024