Azərbaycanda e-ticarətin həcmi rekorda çatıb - QRAFİK

    ÖLKƏ

    24 Yanvar 2022 | 17:42

    Ötən ilin dekabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 1,076 mlrd. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord ötən ilin noyabrında qeydə alınıb – 914 mln. manat.

    Pressa Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, dekabrda bu göstərici noyabr ayı ilə müqayisədə 17,7%, 2020-ci ilin eyni ayı ilə müqayisədə isə 2,5 dəfə artıb.Qeyd edək ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 mlrd. manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024