Azərbaycanda diplomatik nümayəndəliyin binasında terror aktı törətməyə cəhd edən şəxs tərksilah edilib

    HADİSƏ

    17 Noyabr 2023 | 10:23

    Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

    Pressa xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

    M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023