Azərbaycanda dəmir yolu ilə yükdaşımalar yanvar-mayda 2%-dək artıb

    ÖLKƏ

    14 Iyun 2021 | 18:07

    Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6,1 mln. ton yük, 876,8 min sərnişin daşınıb.

    Dövlət Statistika Komitəsindən Pressa-ya verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7% artım, sərnişin daşınmasında isə 27% azalma müşahidə olunub.

    Orta hesabla sutkada 384 vaqon yüklənib, 327 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024