Azərbaycanda dəhşət: Bir ailə yanaraq öldü

    HADİSƏ

    28 Oktyabr 2021 | 08:46

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumat qəbul edilən kimi nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

    Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024