Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

    ÖLKƏ

    02 Iyun 2023 | 17:20

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressa-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

      Azərbaycanda indiyədək ümumilikdə 831 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 530 nəfər müalicə olunaraq sağalıb, 10 275 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

      Ölkədə son sutka ərzində 830, hazırkı dövrədək isə 7 624 100 test aparılıb.



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023