Azərbaycanda daha 251 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

    ÖLKƏ

    21 Sentyabr 2022 | 16:46

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressa-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 476 nəfərdir.

    Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024