Azərbaycanda daha 129 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

    ÖLKƏ

    30 Sentyabr 2022 | 16:53

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressa-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir. Ölkədə son sutka ərzində 2400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.

     



    XƏBƏR LENTİ

    27 Noyabr 2022
    26 Noyabr 2022
    25 Noyabr 2022
    24 Noyabr 2022
    23 Noyabr 2022