Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

    ÖLKƏ

    13 May 2022 | 16:56

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3180 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressa-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2322, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 681 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 421, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 252 206, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 605 nəfər təşkil edir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024