Azərbaycanda bu il əkin və səpin işləri aparılacaq meşə fondu sahəsi açıqlanıb

    ÖLKƏ

    21 Mart 2023 | 13:19

    Meşələrin əhəmiyyətini vurğulamaq, meşələrin mühafizəsini və yeni meşə əkinlərini təşviq etmək məqsədilə hər il 21 mart “Beynəlxalq Meşələr Günü” kimi qeyd olunur.

    Pressa-nın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması istiqamətində başlıca fəaliyyət kütləvi yaşıllaşdırma işlərinin aparılması və meşə sahələrinin genişləndirilməsindən ibarətdir.

      Bu baxımdan Azərbaycanda da intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır: "Təkcə ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1605 hektarında əkin və səpin işləri aparılıb. Bu il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub”.

      Xidmət rəsmisinin sözlərinə görə, meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib və 2023-cü ildə ölkə üzrə 1050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması planlaşdırılır: “Meşə sahələrinin və yaşıllıqların genişləndirilməsi işləri dünən, bu gün və sabah üçün prioritetdir".



      XƏBƏR LENTİ

      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024