Azərbaycanda bayram namazı qılınıb

    ÖLKƏ

    20 Iyul 2021 | 10:25

    Azərbaycanda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb. 

    Pressa.az  xəbər verir ki, bu gün səhər saatlarından Bakının "Əjdərbəy" məscidinə toplaşan insanlar birgə bayram namazı qılıblar. 

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadə və digər din xadimləri namazda iştirak ediblər.

    Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi qərara görə, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınır. Eyni zamanda şəriətə uyğun olaraq qurban kəsiminin iyulun 20-dən başlayaraq 3 gün davam edəcəyi də qeyd olunub.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024