Azərbaycanda aqrar məsləhət xidmətləri üzrə portal yaradılacaq

    ÖLKƏ

    21 Oktyabr 2021 | 16:00

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aqrar məsləhət xidmətləri üzrə məlumat bazasının (www.agroinfo.az portalının) və SMS xidmətinin yaradılması ilə bağlı açıq tender elan edib.

    Pressa xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

    İddiaçılar ilkin sənədləri noyabrın 12-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 22-si, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun tender komissiyasının sədr müavini Pərvanə Sultanəliyevadır. Telefon: (077) 299-11-91

    Tenderin nəticəsi noyabrın 23-də, saat 17:00-da Portalda açıqlanacaq.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021