Azərbaycanda 51 aqroparkın yaradılmasına 2,3 mlrd. manat vəsait cəlb olunub

    İQTİSADİYYAT

    14 Iyun 2022 | 18:25

    Azərbaycanın 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 mlrd. manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır.

    İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb.
    44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.İndiyədək 25 aqroparka 184 mln. manat güzəştli kredit ayrılıb, onlardan 26-a investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 mln. manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) ədib.

    Hazırda aqroparklarda ümumi olaraq 4500-dək daimi işçi, 6300-dən çox isə mövsümü işçi çalışır.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024