Azərbaycana transsərhəd çaylarla daxil olan suyun həcmi 30%-dək azalıb

    ÖLKƏ

    22 Oktyabr 2021 | 13:13

    "İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su ehtiyatları əhəmiyyətli dərəcədə azalmaqdadır. Demək olar ki, transsərhəd çaylarla daxil olan suyun həcmi 30%-dək azalıb".

    Pressa xəbər verir ki, bu barədə BMT gününə həsr olunmuş konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

    Onun sözlərinə görə, ölkənin su ehtiyatlarının azalması yağıntıların qeyri-bərabər şəkildə düşməsi, xüsusən də qış fəslində dağlıq ərazilərdə temperaturun artması, qarlı günlərin azalması kimi zəncirvari problemlərlə əlaqədardır.

    "Su çatışmazlığı ilə bağlı olan problemləri həll etmək, mövcud su ehtiyatlarının səmərəli istifadəsini təmin etmək üçün bütün dövlət təşkilatları cəlb olunub. İlk növbədə, su ehtiyatlarının düzgün qiymətləndirilməsi məsələsi qarşıda duran vəzifələrdən biridir. Bu səbəbdən dövlət investisiyası çərçivəsində ölkədə 8 müasir avtomatlaşdırılmış hidroloji stansiya əsas su arteriyalar olan çaylar üzərində qurulub. Bu kimi tədbirlər bizə imkan yaradacaq ki, su ehtiyatlarının səmərəli istifadəsini ölkədə təmin edək", - deyə U. Tağıyeva qeyd edib.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024