• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Azərbaycana avtomobil idxalı 70%-dək artıb

ÖLKƏ

17 Iyul 2021 | 10:57

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 397 587,52 min ABŞ dolları dəyərində 39 643 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 37,1% və 69,3% çoxdur.

Pressa-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 345 382,50 min dollar dəyərində 36 741 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 39,3%, say baxımından isə 67,6% çoxdur.

Bundan başqa, bu ilin ilk altı ayında ölkəyə 40 952,18 min dollar dəyərində 2 794 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 91%, say baxımından isə 2 dəfədən çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 60 vahid (16 vahid az) 4 889,05 min dollar dəyərində (37% az) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 48 vahid (27 vahid az) 6 363,79 min dollar dəyərində (50% az) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə dəyəri 30 019,17 min dollar (ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,5 dəfədən çox) təşkil edən 4 878 vahid (2,3 dəfədən çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 1 249,51 min dollar (70,4% az) dəyərində 36 vahid (46 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021