Azərbaycan XİN: İlk mərhələdə Türkiyədə təhsil alan tələbələr və təcili köməyə ehtiyacı olan şəxslər təxliyə ediləcək

    ÖLKƏ

    07 Fevral 2023 | 16:25

    İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçiriləcək.

    Pressa xəbər verir ki, bu, Azərbaycan XİN-in Türkiyədə zəlzələ nəticəsində Azərbaycan tərəfindən görülən tədbirlər barədə mətbuat məlumatında bildirilib.

    Qeyd edilib ki, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır: “Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şəraiti ilə bağlı məhdudiyyətlərin təxliyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır”.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023