Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

    İQTİSADİYYAT

    01 Oktyabr 2022 | 13:50

    Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Qazaxıstanın Astana şəhərində “Tech Hub Limited” müəssisəsinin təmsilçiləri ilə görüşüb, rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Pressa-ya verilən məlumata görə, görüş çərçivəsində 4SİM və “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

    Səfər çərçivəsində 4SİM-in nümayəndələri "Astana" beynəlxalq maliyyə mərkəzi ilə də tanış olublar.

    Məlumat üçün bildirək ki, “Tech Hub Limited” müəssiəsi "Astana" beynəlxalq maliyyə mərkəzinin nəzdində fəaliyyət göstərir və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Qazaxıstandakı Afiləedilmiş Mərkəzinə ev sahibliyi edir.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024