Azərbaycan və Britaniya enerji sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

    İQTİSADİYYAT

    22 Oktyabr 2021 | 11:23

    Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Krallığın ixracat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni həmsədri Mike Freer arasında video-konfrans formatında görüş keçirilib.

    Energetika Nazirliyindən verilən məlumata görə, hər iki ölkənin səfirlərinin iştirakı ilə keçirilən görüşdə Hökumətlərarası Komissiyanın cari ilin may ayında baş tutmuş iclasından sonrakı dövrdə ikitərəfli əməkdaşlıqdan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ölkələr arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılan konkret addımlar müzakirə edilib.

    Məlumata görə, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi problemlərinin həlli imkanlarının araşdırılmasının vacibliyi qeyd edilib. Energetika Nazirliyi və BP arasında günəş enerjisi sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədin şirkətlə bərpa olunan enerji sahəsində də əməkdaşlığı genişləndirəcəyinə, eləcə də iki ölkə arasında uzunmüddətli enerji tərəfdaşlığını uğurla davam etdirilməsinə töhfələr verəcəyinə inam ifadə olunub.

    Görüşdə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi edilib.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024