Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

    SİYASƏT

    17 Iyul 2021 | 17:11

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Pressa xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

    Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərəcək.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024