Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

    SİYASƏT

    02 Fevral 2023 | 12:28

    Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyəyə səfəri çərçivəsində Qarsda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akarla üçtərəfli formatda görüş keçirib.

    Pressa-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:

    "Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, - deyə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024