Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri BTC-nin mühafizəsi ilə bağlı birgə təlim keçiblər - FOTO

    SİYASƏT

    09 Noyabr 2022 | 15:58

    Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin “ETERNITY 2022" komanda-qərargah təlimində iştirak edib.

    Pressa-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq olub.

    Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları təlimlərin həm kompüter dəstəkli, həm də sahə komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya Bölməsinin əməkdaşları da cəlb ediliblər.

    Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb. Vurğulanıb ki, tapşırıq uğurla icra edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024