Azərbaycan təbii qaz ixracını 47 % artırıb

    İQTİSADİYYAT

    15 Sentyabr 2021 | 18:10

    Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,242 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

    Bu barədə Pressa Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

    Məlumata görə, ötən 8 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2,350 milyard ABŞ dolları təşkil edib.

    Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 47,2 %, dəyəri isə 38 % çoxdur.

    Bu ilin ilk 8 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18,17 % olub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024