Azərbaycan-Rusiya sərhədindən malların keçirilməsi sürətləndiriləcək

    ÖLKƏ

    03 Dekabr 2021 | 10:43

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya-Azərbaycan sərhədindən (Yaraq-Kazmalyar keçid məntəqəsi) malların keçirilməsini sürətləndirmək üçün tədbirlər hazırlayıb.

    Apa-Economics" "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, iki ölkənin səlahiyyətli orqanları nəzarət-buraxılış məntəqəsinin yenidən qurulmasını nəzərə alaraq, nəqliyyat vasitələrinin keçməsi üçün tələb olunan orta gündəlik tarifi razılaşdırıblar.

    Tərəflər AQTA-nın fitosanitar sertifikatlarının verilməsinə vahid yanaşma və bu sənədlərin Rusiya Federal Gömrük Xidməti tərəfindən sənədli yoxlanılması barədə razılığa gəliblər.

    Azərbaycan tərəfi "Viaduk" MMC-nin müvəqqəti saxlanc anbarında nəzarətə götürülən mallara münasibətdə karantin fitosanitar nəzarətinin sürətləndirilməsində maraqlı olduğunu bildirib.

    Rusiya tərəfi meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyünü xatırladıb və qeyd edib ki, bu cür malların daşınma qabiliyyəti avtomobil yolu ilə gətirildiyindən xeyli yüksəkdir.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024