Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

    ÖLKƏ

    01 Oktyabr 2022 | 11:04

    Baş Prokurorluqda Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Pressa xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Kamran Əliyev prokurorluq orqanlarının yaradılmasından danışıb: “Müstəqillik dövründə prokurorluq özünün inkişaf yoluna qədəm qoyub. 1999-cu ildə Azərbaycanda prokurorluq haqqında qanun qəbul edilib. Bu gün bizə Ulu öndər tərəfindən bəxş edilib. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir”.

    Baş prokuror qeyd edib ki, 2002-ci ildən prokurorluğa qəbul test üsulu ilə həyata keçirilir: “Bu il üçün də işə qəbul elan etmişik. Artıq dünən bu proses başa çatıb. 407-dən artıq hüquqşünas gənc müraciət edib”.

    Baş prokuror bildirib ki, əldə edilən uğurlar az deyil: “Düzdür, fəaliyyətimizdə müəyyən nöqsanlar da var. Bizim qarşıda hələ görəcəyimiz işlər çoxdur. Ümid edirəm ki, növbəti illərdə də vəzifələrimizi layiqincə yerinə yetirəcəyik”.

     

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024