Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb

    ÖLKƏ

    07 Fevral 2023 | 15:28

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

    Pressa xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

     

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023