Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

    ÖLKƏ

    05 Dekabr 2022 | 12:53

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

    Pressa xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.

    Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

    Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024