Azərbaycan Prezidenti: “İndi Şuşa şəhərində mindən çox insan yerləşib”

    ÖLKƏ

    27 Iyun 2022 | 11:17

    “Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq”.

    Pressa xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışında deyib.Dövlət başçısı bildirib ki, artıq yeni həyatın təzahürləri görünməkdədir:

    “Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir”.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024