Azərbaycan Premyer Liqası oyununda rekord tamaşaçı 

    İDMAN

    09 Avqust 2022 | 12:35

    Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib. 

    Pressa PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

    2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7000 seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də keçirilən Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

    Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

    Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün keçirilən son 16 turunda belə göstərici qeydə alınmayıb.

    Ümumilikdə isə I turu 10600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 seyrçi olub.

    Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024