Azərbaycan pambığının ixrac dəyəri artıb

    İQTİSADİYYAT

    19 May 2022 | 15:02

    Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 122 268,11 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

    Pressa Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,3% artıb. Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,03%-ə bərabər olub.Hesabat dövründə ölkədən 103 513,56 min dollar dəyərində 45 343,00 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 6,8% çox, həcm göstəricisi üzrə isə 29,8% azdır.

    Cari ilin yanvar-aprel ayları ərzində ölkədən 18 243,22 min dollar dəyərində (artım 19,8%) 4 340,94 ton (azalma 23,1%) iplik pambıq ixrac olunub.
    Pambıq idxalının dəyəri 1 778,61 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,5% çoxdur. Bu ilin ilk dörd ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024