Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

    SİYASƏT

    20 Oktyabr 2021 | 10:16

    Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 21-də bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfərə yola düşəcək.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinədən verilən məlumata görə, vitse-spiker Fəzail İbrahimli və nümayəndə heyətinə daxil olan İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidə edəcəklər.
    Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.
    Səfər oktyabrın 25-də başa çatacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024