Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

    İQTİSADİYYAT

    21 Mart 2023 | 11:01

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalaraq 74,75 ABŞ dolları təşkil edib.

    Bu barədə neft bazarındakı mənbə məlumat verib.

    Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 73,79 ABŞ dollarına satılıb.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023