Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb

    İQTİSADİYYAT

    16 Mart 2023 | 10:51

    Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

    Pressa xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,99 ABŞ dolları və ya 8,6% azalaraq, 74,42 dollar təşkil edib.

      Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

      2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.



      XƏBƏR LENTİ

      03 Iyun 2023
      02 Iyun 2023
      01 Iyun 2023
      31 May 2023
      30 May 2023