Azərbaycan millisi ilə oyun ərəfəsində David Alabanın durumuna aydınlıq gəlib

    İDMAN

    21 Mart 2023 | 11:00

    AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasında David Alabanın durumuna aydınlıq gəlib.

    Pressa-nın məlumatına görə, 31 yaşlı futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.

    Zədə səbəbindən İspaniyanın “Real Madrid” klubunun son 6 oyununu buraxan və bir aydır fiziki formasını bərpa etməyə çalışan müdafiəçinin Azərbaycan seçməsi ilə görüşdə meydana çıxması gözlənilir.

    Alabadan fərqli olaraq, Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart heyətdən çıxarılıblar.

    Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linzdəki “Raiffeisen Arena”da qəbul edəcək.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024