Azərbaycan Milli Kulinariya Mərkəzi müsabiqə elan edib

    SON XƏBƏRLƏR

    20 Iyun 2022 | 13:40

    Azərbaycan Milli Kulinariya Mərkəzi müsabiqə elan edib.

    Mərkəzdən bildiirlib ki, müsabiqə Azərbaycanda streetfood (küçə yeməyi) ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəmnində modern, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.

    Müsabiqədə küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.

    İştirak etmək üçün müraciətə aşağıdakılar daxil edilməlidir:

    1. İştirakçı haqqında qısa məlumat (ad, soyad, ünvan, iş yeri, vəzifəsi);

    2. Xörəyin foto çəkilişi (3 tərəfdən);

    3. Xörəyin maya dəyəri;

    4. Xörəyin hazırlanmasının texniki sxemi, kalkulyasiya və texniki xəritəsi;

    5. Xörəyin hazırlanmasını və satışının həyat keçirilməsi üçün lazım olan qurğu və avadanlıq (yazılı təsviri).

    Müraciətlər 16.09.2022 - ci il tarixinə kimi [email protected] e-maili vasitəsilə qəbul ediləcək.

    Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024