Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

    İDMAN

    22 Noyabr 2022 | 17:26

    Azərbaycan kubokunda 1/4 finalın ilk cütü müəyyənləşib.

    Pressa-nın məlumatına görə, 1/8 finaldan azad olan “Qarabağ”ın rəqibi müəyyənləşib.

    Ölkə çempionunun rəqibi “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında dəqiqləşib. Böyük hesabla qalib gələn “qırmızı-qaralar” Ağdam klubu ilə görüşəcək.

    1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də baş tutacaq. “Qarabağ” - “Qəbələ” cütündə ilk oyun ağdamlıların meydanında təşkil olunacaq.

    Qeyd edək ki, 1/4 finalın digər cütləri sabah dəqiqləşəcək.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024