Azərbaycan Kuboku: Final oyununun hakimləri bəlli olub

    İDMAN

    03 Iyun 2023 | 10:49

    "Neftçi" və "Qəbələ" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunda final oyununun təyinatları bəlli olub.

    Pressa xəbər verir ki, qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

    Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb.

    Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.

    Qeyd edək ki, bu gün “Bakcell Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023