Azərbaycan karbamid gübrəsinin satışını kəskin artırıb

    ÖLKƏ

    26 Yanvar 2022 | 12:03

    Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu tərəfindən son 3 il ərzində istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artaraq 372 min tona çatıb.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2021-ci ildə müəssisənin gəlirləri 6 dəfə artaraq 223 mln. manata çatıb.

    Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

    Qeyd edək ki, zavod 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024