Azərbaycan iqtisadiyyatının böyümə tempi 4%-ə yaxınlaşıb

    İQTİSADİYYAT

    10 Sentyabr 2021 | 12:09

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çox olub.

    Pressa xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, artım qeyri-neft sektorunda 5,5% təşkil edib.

    Xatırladaq ki, bu ilin 7 ayında ölkə iqtisadiyyatı 2,7%, o cümlədən qeyri-neft sektoru 5,3% artım nümayiş etdirib.

    Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6% təşkil edəcəyini proqnozlaşdırır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024