2022-ci il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 320 mln. manat təşkil edib.
Pressa Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həmin ilin əvvəlinə olan göstəricidən 9,9% çoxdur.Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşları 23,3% artıb.
Qeyd edək ki, kredit qoyuluşları 2021-ci ilin ilk yarısında 14 mlrd. 856,9 mln. manat, bu ilin əvvəlinə isə 16 mlrd. 659.1 mln. manat təşkil edib.